Ralf Ranqnik Bakıya gətirəcəyi heyəti açıqladı
03.10.2023 - 12:31
Ralf Ranqnik Bakıya gətirəcəyi heyəti açıqladı

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Avstriya yığmasının heyəti açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, baş məşqçi Ralf Ranqnik Belçika və Azərbaycanla oyunlara 28 futbolçu çağırıb.

Avstriya millisi oktyabrın 13-də Belçikanı qəbul edəcək. Ranqnikin yetirmələri üç gündən sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Qapıçılar: Niklas Hedl ("Rapid"), Patrik Pentz ("Bröndbu", Danimarka), Aleksander Şlager (“Zalsburq”);

Müdafiəçilər: David Alaba ("Real", İspaniya), Samson Baydu (“Zalsburq”), Flavius Danilyuk ("Salernitana", İtaliya), Kevin Danso ("Lans", Fransa), Filip Lienhart ("Frayburq", Almaniya), Ştefan Poş ("Bolonya", İtaliya), Gernot Trauner ("Feyenord", Niderland), Maksimilian Vöber ("Borussiya" M, Almaniya);

Yarımmüdafiəçilər: Kristof Baumqartner, Xavyer Şlager, Nikolas Seyvald (hamısı “Leypsiq", Almaniya), Məhəmməd Çam ("Klermon", Fransa), Florian Qriliç ("Hoffenhaym", Almaniya), Marko Qrull, Mattias Seidl (hər ikisi "Rapid"), Florian Kayns, Deyan Lyubiçiç (hər ikisi "Köln", Almaniya), Konrad Laymer ("Bavariya", Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Borussiya” D, Almaniya), Romano Şmid ("Verder", Almaniya), Patrik Vimmer (“Volfsburq”, Almaniya);

Hücumçular: Mihael Qreqoriş (“Frayburq”, Almaniya), Saşa Kalayciç (“Vulverhempton”, İngiltərə), Manprit Sarkaria ("Şturm").

Qeyd edək ki, baş məşqçi Daniel Bahman (“Uotford”, İngiltərə), Tobias Laval (LASK), Çiçan Stankoviç (AEK, Yunanıstan), Yonas Auer, Lepold Querfeld (hər ikisi “Rapid”), David Şneq (“Şturm”), Kristofer Trimmel (“Union”, Almaniya), Andreas Ulmer (“Zalsburq”), Junior Adamu (“Frayburq”), Matias Honsak (“Darmştadt”, Almaniya), Kevin Ştoqer (“Bohum”, Almaniya), Muharem Huskoviç (“Austriya) və Ercan Karanı (“Samsunspor”, Türkiyə) ehtiyat oyunçular siyahısına daxil edib.

writer photo
Əlirza Əlirzalı
0