Lukaku İtaliyaya qayıtdı
31.08.2023 - 16:05
Lukaku İtaliyaya qayıtdı

Romelu Lukaku yenidən İtaliya A seriyasında çıxış edəcək.

Apasport.az saytı xəbər verir ki, "Roma"  futbolçunu icarəyə götürdüyünü açıqlayıb.

Belçikalı forvard 2024-cü il iyununadək paytaxt klubunun formasını geyinəcək. 30 yaşlı hücumçu İtaliya təmsilçisində 90 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Lukaku ötən mövsümü icarə əsasında digər A seriyası təmsilçisi “İnter”in heyətində keçirib.

writer photo
Əlirza Əlirzalı
0