“Leypziq” heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, Almaniya təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Emil Smit Rouya elçi düşüb.
Bundesliqa klubu 23 yaşlı futbolçunu icarəyə götürmək istəyir. "Arsenal" hələ ki, qarşı tərəfin çağırışına cavab verməyə tələsmir. London klubunun baş məşqçisi Mikel Arteta mövsümün ilk hissəsində Smit Rouya güvənməsə də, ingilis futbolçunun gələcəkdə komandaya kömək edə biləcəyinə inanır.
Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan orta xətt oyunçusu 2018/2019 mövsümündə “ Leypziq”də icarə əsasında çıxış edib. Bu mövsüm 13 oyunda forma geyinən Smith Rou 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı ingilis futbolçunu 25 milyon avro dəyərində qiymətləndirir.