“Qarabağ”ın rəqibi PSJ-dən futbolçu transfer etdi
29.01.2024 - 18:57
“Qarabağ”ın rəqibi PSJ-dən futbolçu transfer etdi

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Portuqaliyanın “Braqa” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Braqa təmsilçisi Fransanın PSJ komandasından Şer Nduru transfer edib.

İtaliyalı yarımmüdafiəçi bu mövsümün sonunadək icarəyə götürülüb. O, yeni komandasında “10” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0