Ramil Şeydayev “Kocaelispor”la müqavilə imzaladı
17.01.2024 - 14:53
Ramil Şeydayev “Kocaelispor”la müqavilə imzaladı

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Kocaelispor”la müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu bu gün Türkiyə klubu ilə 1,5 illik sözləşmə imzalayıb. 

Bu gün Türkiyəyə yollanan milli futbolçu tibbi müayinədən keçib. Daha sonra isə tərəflər müqaviləni rəsmiləşdiriblər.

Qeyd edək ki, Ramil Türkiyə təmsilçisinin heyətinə Tailandın “Buriram Yunayted” klubundan keçib. 

 

writer photo
Əlirza Əlirzalı
0