Müllerdən 15 mövsümlük rekord
29.10.2023 - 15:38
Müllerdən 15 mövsümlük rekord

“Bavariya”nın hücumçusu Tomas Müller klubun tarixinə düşüb.

Apasport.az saytı xəbər verir ki, o, komandanın heyətində bundesliqada ardıcıl 15-ci mövsümdə qol vurub.

34 yaşlı futbolçu dünən “Darmştadt”a 8:0 hesabı ilə qalib gəldikləri oyunda fərqlənib. O, komandasının qollarından birinin müəllifi olub. Müller cari mövsümdə 10 oyunda 5 ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, əvvəlki rekord Herd Müller, Klaus Auqentaler və Mehmet Şolla məxsus idi. Bu futbolçular “Bavariya”nın heyətində ardıcıl 14 mövsümdə fərqlənə bilmişdilər.
 

writer photo
Əlirza Əlirzalı
0