“Zirə”nin Əhmədzadə planı
25.10.2023 - 15:04
“Zirə”nin Əhmədzadə planı

"Zirə" "Qarabağ"dan icarəyə götürdüyü Rüstəm Əhmədzadəni komandada saxlamaq istəyir. 

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün bu mövsümdəki performansı Bakı klubunu çox razı salıb. 

Buna görə də, Bakı klubu Əhmədzadə ilə işbirliyini davam etdirmək üçün onunla icarə müqaviləsini artırmağı planlaşdırır. Bunun üçün iki klub arasında danışıq aparılacaq.

Qeyd edək ki, Rüstəm cari mövsümdə Premyer Liqanın 10 matçında meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0