Sabiq “Ferensvaroş”lu: “Hədəf ÇL-in qrupudur”
09.08.2022 - 10:21
Sabiq “Ferensvaroş”lu: “Hədəf ÇL-in qrupudur”

“Ferensvaroş”un “Slovan”la cavab oyununu izlədim. Təmsilçimiz böyük uğur qazandı”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki rəqibi “Ferensvaroş”un keçmiş futbolçusu və məşqçisi Jozef Dzurjak deyib.

Macarıstan təmsilçisinin II raundda Slovakiya çempionu “Slovan” üzəridə 4:1 hesablı qələbəsinə qiymət verən 60 yaşlı mütəxəssis “Qarabağ” önündə şanslarını da dəyərləndirib: “Slovakiya çempionu yaxşı komanda idi. Onları məğlub edərək mərhələ adlamaq böyük işdir. Düşünürəm ki, “Qarabağ”ın meydanında da sərfəli nəticə əldə etdik. Evdə onları məğlub edərək turnirdə irəliləyəcəyimizə inanıram. Hədəf Çempionlar Liqasının qrupuna düşməkdir”.

Qeyd edək ki, bu gün Budapeştdə keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

writer photo
Əlirza Əlirzalı
0