Adrian Mutu: “Mənə uğur gətirən pencəkdir” - MÜSAHİBƏ
02.09.2023 - 23:23
Adrian Mutu: “Mənə uğur gətirən pencəkdir” - MÜSAHİBƏ

“Bizim üçün vacib olan üç xalı qazandıq”.

Apasport.az saytı xbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis V turda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada meydançanın vəziyyətindən danışıb. Mutu üç xalın önəmli olduğunu bildirib: “Çox vacib oyun idi. Meydança amili çətinliklər yaradırdı. Ona görə oyunumuz çətin alınırdı. İstənilən halda üç xal qazandığımıza görə şadam".

- Beş turdan sonra komandanızdan razısız?
- Bəli. Doğrudur, "Kəpəz"lə matçda komandamdan daha çoxunu gözləyirdim. Amma ümumi götürsək, çətin perioddan keçmişik. Fasilədə də öz üzərimizdə yaxşı çalışacağıq ki, daha sonra yaxşı çıxış edək.

- Yeni transfer olacaq?
- Bəli, yaxın günlərdə yeni transferi görəcəksiz. Bundan sonra transferlərimiz bitəcək. Daha yaxşı, daha güclü heyət qurmaq istəyirik. Komandaya gəldikdən bəri əlimdə olan heyətdəki futbolçuların çıxışından razıyam. Hamısını qələbə münasibəti ilə təbrik edirəm. Bu cür meydanda oynamaq elə də asan deyil. Ancaq üç xalla evə gedə bilirik. Bəzən çətinliklər olur, amma sonda qazanılan qələbə insanı sevindirir.

- "Sumqayıt"ın baş məşqçisi ilə aranızda gərginlik yaşatdı...
- Heç nə baş verməyib.

- Bütün oyunlara yalnız eyni pencəkdə çıxırsız. Bunun sizin üçün xüsusi önəmi var?
- Mənə uğur gətirən pencəkdir. Ona görə də, məni çox vaxt bu pencəkdə görə bilərsiz.
 

writer photo
Əlirza Əlirzalı
0