Murad Musayev qovuldu
19.02.2023 - 17:12
Murad Musayev qovuldu

Azərbaycan Premyer Liqasının XXIII turunun "Turan Tovuz"la oyununda "Sabah"ın baş məşqçisi Murad Musayev qırmızı vərəqə alaraq texniki zonadan qovulub.

Apasport.az-ın xəbərinə görə, rusiyalı məşqçi "Sabah"ın qapısına təyin olunan penaltidən sonra əsəblərinə hakim ola bilməyərək baş hakim Kamal Umudlunu sərt şəkildə tənqid edib.

O, meydanın içərisinə daxil olaraq referini söyüşlə təhqir etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub.

Qeyd edək ki, "Turan Tovuz" gözlənilmədən səfərdə – Masazırda "Sabah"a 1:0 qalib gəlir.

writer photo
Əlirza Əlirzalı
0