“Nyukasl” 80 milyon avroya müdafiəçi alacaq
27.08.2024 - 21:22
“Nyukasl” 80 milyon avroya müdafiəçi alacaq

“Nyukasl” müdafiəçi Mark Quehinin transferi ilə bağlı “Kristal Pelas”la razılığa gəlməyə yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Sağsağanlar” İngiltərə millisinin futbolçusu üçün 80 milyon avrodan çox pul ödəyə bilər. 24 yaşlı futbolçunun “Kristal Pelas”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

“Çelsi”nin yetirməsi bu mövsüm İngiltərə Premyer Liqasında iki oyun keçirib və qol vura bilməyib. Quehi 2024-cü il Avropa çempionatında İngiltərə yığmasının əsas oyunçularından olub.

writer photo
Əlirza Əlirzalı
0