Konte Səudiyyə Ərəbistanından gələn böyük təklifi geri çevirdi
17.10.2023 - 12:22
Konte Səudiyyə Ərəbistanından gələn böyük təklifi geri çevirdi

İtaliyalı məşqçi Antonio Konte məşqçiliyə qayıtmaq istəyindən danışıb.

Apasport.az xəbər verir ki, baş məşqçi yenidən İtaliyaya qayıtmaq istədiyini bildirib.

“Səudiyyə Ərəbistanından gələn böyük təklifi rədd etdim.
Təəssüflənirəm ki, cəmi üç ildən sonra "Yuventus"dan ayrıldım. Bir gün "Roma" və ya "Napoli"də özümü sınamaq istərdim. Amma adətən mövsümün sonunda komandaya qoşulmağı üstün tuturam”.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis “Yuventus”, “Çelsi”, “İnter”, “Totenhem” kimi nəhəng klubları çalışdırıb.

writer photo
Əlirza Əlirzalı
0