Messi: "Qətərə arzumu reallaşdırmağa gəlmişəm"
21.11.2022 - 22:43
Messi: "Qətərə arzumu reallaşdırmağa gəlmişəm"

"Fiziki olaraq özümü çox yaxşı hiss edirəm. Heç bir problemim yoxdur. Dünya çempionatına formada gəlmişəm".

Apasport.az xəbər verir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi deyib.

Ulduz futbolçu DÇ-2022-nin I turunda qarşılaşacaqları Səudiyyə Ərəbistanı ilə görüşdən öncə haqqında yayılan şayiələrə aydınlıq gətirib. O, zədəli olması barədə deyilənləri yalan adlandırıb: "Bu dünya çempionatı mənim üçün sonuncu olduğu üçün xüsusi əhəmiyyət daşıyır. Qətərə ən böyük arzumu reallaşdırmağa gəlmişəm".

Başqa millətlərdən olan Argentina yığmasının azarkeşlərinə təşəkkür edən Messi Səudiyyə Ərəbistanı ilə görüşdən öncə komanda yoldaşlarına oyundan həzz almalarını söyləyəcəyini bildirib.

Futbol tarixinin ən güclü oyunçularından biri hesab olan argentinalı deyib ki, hazırkı komanda ona DÇ-2014-dəki heyətimizi xatırladır: "Eyni gücə malik kollektivlərdir. Meydanda nə edəcəyimizi yaxşı bilirik".

Qeyd edək ki, Argentina - Səudiyyə Ərəbistanı matçı sabah saat 14:00-da keçirələcək.

writer photo
Əlirza Əlirzalı
0