Voleybol millimiz hazırlığa start verib
01.05.2024 - 21:32
Voleybol millimiz hazırlığa start verib

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı start götürüb.

Apasport.az xəbər verir ki, yığma Qızıl Avropa Liqasının seçmə mərhələsinə hazırlaşır.

Komandanın məşqlərinə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Xaricdə olan voleybolçular isə qarşıdakı günlərdə məşqlərə qatılacaqlar. Toplanışa millinin baş məşqçi Fərid Cəlalovun rəhbərlik edir.

Qeyd edək ki, Qızıl Avropa Liqasında ilk mərhələnin oyunları mayın 17-19-da Bakıda baş tutacaq. Millimizin birinci turdakı rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq.

writer photo
Əlirza Əlirzalı
0