“Beşiktaş” İtaliyadan futbolçu aldı
10.02.2023 - 11:46
“Beşiktaş” İtaliyadan futbolçu aldı

“Beşiktaş” heyətini daha bir futbolçu ilə gücləndirib.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu İtaliyanın “Sampdoriya” klubundan müdafiəçi Omar Kollini transfer edib.

Onun keçidi 2,3 milyona rəsmiləşib. Qambiya millisinin də şərəfini qoruyan oyunçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb. Futbolçu özünü daha yaxşı tərəfdən göstərə bilsə, “qara qartallar” Omarı bir il daha komandada saxlamaq hüququna malikdir.

Qeyd edək ki, karyerası ərzində Finlandiya, Belçika və İsveç komandalarında çıxış etmiş futbolçu bu mövsüm İtaliya A seriyasında 18 oyunda 1 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0