Adrian Mutu və Emin Mahmudovun mətbuat konfransı keçiriləcək
31.07.2023 - 14:13
Adrian Mutu və Emin Mahmudovun mətbuat konfransı keçiriləcək

Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Jelezniçar” oyunundan əvvəl baş məşqçilərin mətbuat konfransı və komandaların açıq məşqi baş tutacaq.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Avqustun 2-də “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu və kapitan Emin Mahmudov 8-ci km stadionunda jurnalistlərin suallarını cavablandıracaq. Tədbir saat 18:30-da başlayacaq. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) keçiriləcək.

Həmin gün eyni arenada “Jelezniçar”in baş məşqçisi Nermin Başiç və futbolçu Edin Rustemoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Saat 19:30-da başlayacaq tədbirin ardınca, 20:00-da isə qonaqların açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, komandalar arasında oyun avqustun 3-də 8-ci km stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0