“Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake Apasport.az saytına açıqlama verib.
Qəsəbə təmsilçisinin formasını geyinmiş rumıniyalı komandanın bu gün Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”ya qarşı keçirəcəyi oyundan gözləntilərini bölüşüb. Onun fikrincə, “Zirə”nin Nikosiyada şansı var:
“Zirə”ni çətin oyun gözləyir. Avrokuboklarda onsuz da asan rəqib olmur. Pley-off mərhələsində isə rəqiblər daha da çətin olur. “Omoniya” yaxşı komandadır və mən şansların 50/50 olduğuna inanıram. “Zirə” avrokubokların ilkin mərhələlərində çox yaxşı oynadı. Onlara uğurlar arzulayıram. “Zirə”nin əhval-ruhiyyəsi yaxşıdır və onların liqa mərhələsinə düşmək şansı var. İnanıram ki, belə də olacaq. Rəşad Sadıqov yaxşı komanda ərsəyə gətirib, yaxşı işlər görüb. Onların bu uğuru əldə edəcəyinə inanıram”.