Halanda MƏRC
09.06.2022 - 17:00
Halanda MƏRC

Millətlər Liqasının B liqasında qrup lideri olan Norveç öz meydanında Sloveniyanı qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, futbol şərhçisi Konstantin Qeniç bu matça proqnoz verib.

Moskva “Spartak”ının sabiq futbolçusu olan ekspert nadir təsadüf olunan mərcə girməyi məsləhət görür. O, Erlinq Halandın qolunu gözləyir:

Norveç yığması Millətlər Liqasının startında ardıcıl iki qələbə qazanmaqla təəccübləndirdi. Üstəlik, bu 6 xal səfərdə əldə olundu.

Haland da əla formadadır. Həm İsveç, həm Serbiyanı səfərdə udmaq çox vacib idi. İndi Osloda qrupun autsayderi Sloveniyanı qəbul edəcəklər.

Rəqib hər iki matçda uduzub. Serbiyadan son iki topu sonda buraxacaq böyük hesabla məğlub olublar.

Erlinq tam qaydasındadır. Norveç də aşkar favoritdir. Əla əhval-ruhiyyədə olan skandinavlar yaxşı oynayır və öz imkanlarından yararlanır.

Norveçin qələbəsinə mərc etmək olardı. Amma əmsal çox aşağıdır. “Kombo”ya qoyuluş maraqlı olar: Norveç udacaq, Haland vuracaq.

Əgər oynadığını bukmeker kontorunda belə variant yoxdursa, təkcə Halandın qoluna mərc etmək mümkündür. 1,8 kifayət qədər yaxşı əmsaldır.

Mən də bu variantda dayanıram. Penaltiləri də Erlinq vurur, oyundan da vurur. İki qələbədən sonra doğma azarkeşlər önündə oyun olacaq. Haland alışıb-yanır.

Proqnozum: Haland qol vuracaq

writer photo
Əlirza Əlirzalı
0