AFFA-dan jurnalistlərə görə “Zirə”yə xəbərdarlıq
03.11.2022 - 14:24
AFFA-dan jurnalistlərə görə “Zirə”yə xəbərdarlıq

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda Misli Premyer Liqasının XII turunda keçirilən matçlarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Kəpəz”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 800 manat cərimələnib. Matçın 40-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alan qonaqların oyunçusu Nihad Qurbanlıya 1 oyun cəza, klubuna 200 manatlıq cərimə tətbiq olunub.

“Zirə” – “Neftçi” görüşündə jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün ev sahiblərinə xəbərdarlıq olunub.

“Şamaxı” – “Qarabağ” qarşılaşmasında isə qonaqların azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan ağdamlılar tərəfindən tam ödəniləcək.
 

writer photo
Əlirza Əlirzalı
0