A seriyasında turun bütün oyunlarına DƏQİQ MƏRC
06.01.2023 - 16:39
A seriyasında turun bütün oyunlarına DƏQİQ MƏRC

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Keniyadan olan proqnozsevərin 14 oyunun nəticəsini düzgün təxmin edib.

O, İtaliya A seriyasında 10, Türkiyə çempionatında 3, Kipr liqasında 1 matça mərc gəlib. Bu ekspress kupon betterə sevinc bəxş edib.

O, mərcə 100 şillinq (1,38 manat) qoyub. Kuponun ümumi əmsalı 938,13-ə bərabər olub. 

Bütün təxminləri düz çıxan afrikalı 150 min 100,94 şillinq (2 min 65,33 manat) uduşa sahib çıxıb. 

Qeyd edək ki, 20 komandanın oynadığı A seriyasında hər tur 10 matç keçirilir.


 

writer photo
Əlirza Əlirzalı
0