“Tottenham”dən Konteyə TƏKLİF
12.12.2022 - 14:27
“Tottenham”dən Konteyə TƏKLİF

“Tottenham” baş məşqçisi Antonio Konteni komandada saxlamağı planlaşdırır. 

Apasport.az saytı xəbər verir ki, Premyer Liqa təmsilçisi italiyalı mütəxəssisə uzunmüddətli müqavilə təklif edib. 

“Tottenham” Kontenin klubla 2023-cü ilin yayına kimi qüvvədə olan müqaviləsini yeniləmək istəyir. Lakin başqa təklifləri də olan baş məşqçi hələlik cavab verməyib. 

Qeyd edək ki, “Tottenham” Premyer Liqada 15 oyundan 29 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. 
 

writer photo
Əlirza Əlirzalı
0