"Kəpəz"in heyətində dəyişiklik olub
18.07.2024 - 00:06
"Kəpəz"in heyətində dəyişiklik olub

“Kəpəz” heyətini gücləndirməkdə davam edir.

Apasport.az xəbər verir ki, Gəncə klubu “Qəbələ”dən ayrılan İlkin Qırtımovla razılığa gəlib. Təcrübəli müdafiəçi “sarı-göylər”lə anlaşıb.

Qırtımovun artıq Gəncədə olduğu bildirilir. Xatırladaq ki, müdafiəçi son olaraq “Qəbələ”də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0