"VAR mənim ideyamdır" dedi, FİFA-nı məhkəməyə verdi
16.01.2024 - 23:56
"VAR mənim ideyamdır" dedi, FİFA-nı məhkəməyə verdi

VAR texnologiyasının istifadəsi dayandırıla bilər.

Apasport.az xəbər verir ki, madridli Fransisko Lopez İspaniya Kral Futbol Federasiyası (RFEF) və FİFA-nı məhkəməyə verib.

O, özünü bu yeniliyin yaradıcısı hesab edir. Lopez 7 ildir ki hər iki təşkilatı buna inandırmağa çalışsa da, istəyinə nail ola bilməyib. İndi o, məsələni məhkəmə yolu ilə həll etməyə çalışacaq.

Məhkəmə yaxın vaxtlarda ehtiyat tədbiri olaraq VAR-ın fəaliyyətinin dayandırılıb-dayandırılmaması barədə qərar verəcək. 

Qeyd edək ki, Lopez RFEF və FİFA-dan layihəsindən icazəsiz istifadə etdiklərinə görə 300 milyon avro tələb edir.

writer photo
Əlirza Əlirzalı
0