Kərim Benzema "Əl İttihad"a döndü
20.01.2024 - 16:23
Kərim Benzema "Əl İttihad"a döndü

Kərim Benzema "Əl-İttihad"a dönüb. 

Apasport.az xəbər verir ki, futbolçu ayın 2-də klubun düşərgəsinə qayıtmalı olsa da, 17 gün sonra geri dönüb. 

Klub rəhbərliyi futbolçu ilə görüşdükdən sonra onun komandadakı gələcəyinə aydınlıq gətiriləcək. 

Qeyd edək ki, 36 yaşlı futbolçu  "Əl-İttihad"ın heyətində bütün turnirlərdə 20 matça çıxıb, aktivinə 12 qol və 5 məhsuldar ötürmə yazdırıb.

writer photo
Əlirza Əlirzalı
0