Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində Çexiya təmsilçisi “Viktoriya” ilə cavab oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, italiyalı futbol eksperti Salvator Kaliqiuri Plzendə baş tutacaq qarşılaşma ilə bağlı proqnozunu verib:
Hər iki komanda mövsümə uğurlu start götürüb. “Viktoriya” istər HİK və “Şerif” üzərində qələbələr, istərsə də daxili birincilikdəki uğurlu başlanğıcın ardından heyətini qısa müddətdə formalaşdırdı. Rəqiblə müqayisədə “Qarabağ” I təsnifat mərhələsindən yarışa başlayıb. Onların da cavab matçında hansı heyətlə meydana çıxacağını təxmin etmək olar.
Bakıda qolsuz bərabərə nəticələnən ilk qarşılaşmadan fərqli, bu dəfə daha maraqlı qarşılaşma gözlənilir. Çexiya klubunun öz meydanında məğlub olmayacağını güman edirəm. Həmçinin bu görüşdə minimum 2 qol vurulacaq. Proqnozsevərlərə ikili mərc təklif edirəm.
Proqnozum: 1X və 1,5 ÜST