Qılıncoynadanımız bürünc medal qazandı
14.10.2023 - 19:42
Qılıncoynadanımız bürünc medal qazandı

Qadın sablyaçımız Palina Kaspiaroviç Gürcüstann paytaxtı Tbilisidə "Satellite" turnirində bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran təmsilçimiz ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçirilən görüşdə yerli Alexandra Kuvaevaya 15:6 hesabı ilə qalib gəlib.

Palina növbəti mərhələdə əlcəzairli Nora Zohra Kehlini 15:7 hesabı ilə məğlub edərək turnirin bürünc medalını təmin edib.

Qılıncoynatmanın sablya növü üzrə milli komandamızın üzvü qadınların şəxsi yarışında yarımfinala gedən yolda Səbinə Kərimova (14:15) və Anna Baştanı (14:15) mübarizədən kənarlaşdıran Gürcüstan qılıncoynadanı Lika Jijieişviliyə 10:15 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0