Donald Gerye Azərbaycana gəlir – bu klubla müqavilə üçün
26.01.2023 - 15:39
Donald Gerye Azərbaycana gəlir – bu klubla müqavilə üçün

“Olimpiakos”un futbolçusu Donald Gerye Azərbaycan Premyer Liqasında oynayacaq. 

Apasport.az saytının məlumatına görə, haitili futbolçu müqavilə imzalamaq üçün Bakıya yola düşüb. 

O, bu gün paytaxtımızda olacaq. Tibbi müayinədən keçəcək Geryedə problem çıxmazsa, “Zirə” ilə rəsmi müqavilə imzalayacaq. O, Bakı təmsilçisinə Antalya toplanışında qoşulmalı olsa da, Kipr təmsilçisi ilə müqaviləsi qüvvədə olduğu və buna xitam verilməməsi səbəbindən anlaşma baş tutmamışdı. Ancaq Geryenin istəyi bu gün reallaşa bilər.

Qeyd edək ki, Gerye Azərbaycanda “Qarabağ” və “Neftçi” klublarında oynayıb. 

writer photo
Əlirza Əlirzalı
0