AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
11.05.2024 - 11:29
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də keçiriləcək tədbirin gündəliyinə 4 məsələ daxil edilib.
Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının, ölkə çempionatının 2024-2025-cü illər mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidir.
Qeyd edək ki, iclas saat 15:00-da başlayacaq.
0
0