AFFA Region Liqasının final matçını FİFA referisi idarə edəcək
24.05.2024 - 13:18
AFFA Region Liqasının final matçını FİFA referisi idarə edəcək

AFFA Region Liqasında “Şimal” və “Hypers” komandaları arasında bu gün keçiriləcək final oyununun təyinatları açıqlanıb.

Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunacaq görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Qarşılaşma saat 16:00-da başlayacaq.

AFFA Region Liqası

Final

24 may

16.00. “Şimal” – “Hypers”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Elşad Abdullayev, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
Şamaxı şəhər stadionu.

writer photo
Əlirza Əlirzalı
0