Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Yığıncaqda Misli Premyer Liqasının və Əvəzedicilər Liqasının X, I Liqanın V turunda baş verənlər müzakirə olunub. Komitənin qəbul etdiyi qərarları təqdim edirik:
Misli Premyer Liqası X tur
20.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
20.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra meydanaçaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
20.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2);
21.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Kəpəz” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);
21.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Sabah” – “Sumqayıt” oyununun 78-ci dəqiqəsində “Sabah” klubunun meneceri İlqar İsrafilov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 42.4);
22.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyununun 29-cu dəqiqəsində “Qəbələ” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 41);
22.10.2023-cü il tarixində Misli Premyer Liqasının X turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyununun 60-cı dəqiqəsində “Qəbələ” klubunun 72 nömrəli futbolçusu Osama Xalayla ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 500 manat cərimə edilir (maddə 36.5);
I Liqa V tur
18.10.2023-cü il tarixində I Liqanın V turunun “İmişli” – “İrəvan” oyunu qonaq komandanın matça gəlməməsi səbəbindən baş tutmadığına görə “İrəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “İrəvan” klubu 400 manat cərimə edilir (maddə 63.1);
19.10.2023-cü il tarixində I Liqanın V turunun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununun 82-ci dəqiqəsində “Zaqatala” klubunun 20 nömrəli futbolçusu Nicat Oruclu ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zaqatala” klubu 50 manat cərimə edilir (maddə 36.5);
19.10.2023-cü il tarixində I Liqanın V turunun “Araz Saatlı” – “Difai Ağsu” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
19.10.2023-cü il tarixində I Liqanın V turunun “Araz Saatlı” – “Difai Ağsu” oyununun 87-ci dəqiqəsində “Araz Saatlı” klubunun 6 nömrəli futbolçusu Həmzə Əliyevin rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz Saatlı” klubu 80 manat cərimə edilir (maddə 41);
19.10.2023-cü il tarixində I Liqanın V turunun “Araz Saatlı” – “Difai Ağsu” oyununun 82-ci dəqiqəsində “Difai Ağsu” klubunun 2 nömrəli futbolçusu Seymur Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Difai Ağsu” klubu 50 manat cərimə edilir (maddə 36.5);
19.10.2023-cü il tarixində I Liqanın V turunun “Karvan” – MOİK oyununda “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);
19.10.2023-cü il tarixində I Liqanın V turunun “Karvan” – MOİK oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilir (maddə 37);
Əvəzedicilər liqası X tur
21.10.2023-cü il tarixində Əvəzedicilər liqasının X turunun “Qəbələ-2” – “Araz-Naxçıvan-2” oyununda “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
21.10.2023-cü il tarixində Əvəzedicilər liqasının X turunun “Səbail-2” – “Neftçi-2” oyununun 84-cü dəqiqəsində “Səbail-2” komandasının 64 nömrəli futbolçusu Tofiq Bayramov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Səbail-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
22.10.2023-cü il tarixində Əvəzedicilər liqasının X turunun “Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37);
22.10.2023-cü il tarixində Əvəzedicilər liqasının X turunun “Sabah-2” – “Sumqayıt-2” oyununun 90+3-cü dəqiqəsində “Sabah-2” komandasının 53 nömrəli futbolçusu Fəxri Məmmədli ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sabah-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
22.10.2023-cü il tarixində Əvəzedicilər liqasının X turunun “Sabah-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37);
22.10.2023-cü il tarixində Əvəzedicilər liqasının X turunun “Sabah-2” – “Sumqayıt-2” oyununun 87-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 38 nömrəli futbolçusu Said Əliyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sumqayıt-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
22.10.2023-cü il tarixində Əvəzedicilər liqasının X turunun “Sabah-2” – “Sumqayıt-2” oyunu bitdikdən sonra “Sumqayıt-2” komandasının 66 nömrəli futbolçusu Ruslan Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Sumqayıt-2” komandası 300 manat cərimə edilir (maddə 43.3).