"Barselona"nın 4 futbolçusu "Napoli" ilə oyunu buraxacaq
19.02.2024 - 18:26
"Barselona"nın 4 futbolçusu "Napoli" ilə oyunu buraxacaq

Fevralın 21-də Çempionlar Liqasının pley-off mərhələsində "Barselona" səfərdə "Napoli" ilə qarşılaşacaq.

Apasport.az "Diario AS"a istinadla xəbər verir ki, 4 futbolçu qarşıdakı matçda "Barselona"ya kömək edə bilməyəcək.

Söhbət müdafiəçilər Alexandro Balde və Markos Alonso, yarımmüdafiəçi Qavi və cinah oyunçusu Ferran Torresdən gedir.

Torresin təxminən 2 həftə sonra meydana çıxa biləcəyi bildirilir. Daha əvvəl Joao Feliksin zədəsini sağaltdığı və "Napoli" ilə oyunda iştirak edə biləcəyi barədə məlumat yayılmışdı.

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

writer photo
Əlirza Əlirzalı
0