"Barselona"da baş məşqçi postuna daha bir namizəd
18.01.2024 - 09:56
"Barselona"da baş məşqçi postuna daha bir namizəd

Joze Mourinyo "Barselona"ya rəhbərlik edə bilər.

Apasport.az xəbər verir ki, “Roma”dan ayrılan portuqaliyalı mütəxəssisin belə bir variantı var.

İddialara gorə, əgər mövsümün sonunda Xavi ilə yollar ayrılarsa, 60 yaşlı mütəxəssis bu posta keçəcək. Ancaq bu təyinatın çətin olduğunu düşünənlər də var. Belə ki, Jozenin 2010-2013-cü illərdə “Real”da işləməsinin klub azarkeşlərinin bu təyinata etirazına səbəb olacağı güman edilir.

Qeyd edək ki, “Barselona” Mourinyoya yad klub deyil. O, 1996-2000-ci illərdə komandada tərcüməçi və köməkçi-məşqçi funksiyalarını yerinə yetirib.

writer photo
Əlirza Əlirzalı
0