Noyer meydana qayıdır
10.10.2023 - 09:18
Noyer meydana qayıdır

“Bavariya”nın qapıçısı Manuel Noyerin son durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, almaniyalı qapıçı meydana qayıtmağa yaxındır.

O, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra meydana çıxa bilər. Almaniyalının oktyabrın 21-də “Mayns” və ya üç gün sonra “Qalatasaray”la qarşılaşmada şans qazanacağı gözlənilir. 

Oyun praktikası olmayan qolkiper start heyətdə meydana çıxacaq. Noyer sonuncu dəfə 2022-ci ilin noyabrında rəsmi oyunda iştirak edib.

Qeyd edək ki, Noyer istirahət vaxtı xizəkdən yıxılaraq zədələnib. 

writer photo
Əlirza Əlirzalı
0