“Mançester Siti”dən 14 milyonluq satış
20.07.2023 - 16:28
“Mançester Siti”dən 14 milyonluq satış

“Mançester Siti”nin futbolçusu Karlos Borxesin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” hücumçusunu “Vest Hem”ə satacaq.

19 yaşlı futbolçunun transferi Mançester təmsilçisinə 14 milyon qazandıracaq. Lakin “şəhərlilər” oyunçunu sonradan geri almaq hüququna da malik olacaq.

Qeyd edək ki, Borxes ötən mövsüm “Mançester Siti”nin əsas komandasında şans qazanmayıb.

writer photo
Əlirza Əlirzalı
0