Keyn Levandovskiyə çatdı
13.01.2024 - 12:12
Almaniya çempionatının 17-ci turunda "Bavariya" "Hoffenhaym" üzərində 3:0 hesablı qələbə qazanıb.
Apasport.az xəbər verir ki, meydan sahiblərinin qollarından birini mərkəz hücumçusu Harri Keyn vurub.
Beləliklə, ingilis hücumçu Bundesliqa mövsümünün ilk yarısında 22 qola çatıb.
Bu göctərici ilə Keyn "Bavariya"nın sabiq hücumçusu Robert Levandovskinin rekord nailiyyətini təkrarlayıb.
Qeyd edək ki, Harri Münhen komandasının sıralarına ötən yay qoşulub. Tərəflər arasında 4 illik müqavilə bağlanıb. Transfer məbləği təxminən 100 milyon avro təşkil edib.
0
0