"Kocaelispor" Ramili əsas heyət oyunçusu kimi transfer edib"
Vaxtı ilə Azərbaycanda “Rəvan” komandasını çalışdırmış, “Kocaelispor”un sabiq baş məşqçisi Güvənç Kurtar apasport.az saytına açıqlama verib.
İlk dəfə “Kocaelispor”u avrokuboklara çıxarmağı bacarmış təcrübəli mütəxəssis Azərbaycan millisinin forvardı, yenicə İzmit klubuna keçmiş Ramil Şeydayev haqda fikirlərini bildirib. O, Ramilin Türkiyə klubunda möhkəmlənəcəyinə inandığını söyləyib:
“Mən hər zaman Türkiyə klublarında çalışanlara deyirdim ki, Azərbaycanda çox yaxşı futbolçular var və onları transfer etmək olar. İndi isə Türkiyədə limit olmadığı üçün azərbaycanlı futbolçuları çox görürük. Bu çox yaxşı haldır. Ramilin “Kocaelispor”a keçidinə isə sevinirəm. Onu əsas heyətdə oynaması üçün transfer ediblər. Hər halda, həm klub rəhbərliyi, həm də Ertuğrul Sağlamın özü ona çox etibar edir. Gəldiyi gündən də oynamağa başlayıb. Allah qoysa, işləri qaydasında gedər və hər şey istədiyi kimi olar. Ramili Azərbaycan millisindən yaxşı tanıyıram. Fikrimcə, o, “Kocaelispor”da daha da yaxşı olacaq, daha da yaxşı performans göstərəcək. Əsas odur ki, gəldiyi gündən ona oynamaq şansı verilir. “Adanaspor”da da vurulan qolda iştirakçılardan idi. Ramildən gözləntilər böyükdür, ümid edək ki, hər şey yaxşı alınacaq”.