"Santos"da 10 nömrə əbədiləşdirilə bilər
30.12.2022 - 00:57
"Santos"da 10 nömrə əbədiləşdirilə bilər

"Santos"un sabiq hücumçusu Pelenin ailəsi xahişlə kluba müraciət edəcək.

Apasport.az xəbər verir ki, dünyasını dəyişən əfsanəvi hücumçunun yaxınları "Santos"da başqa heç kimin 10 nömrəli formanı geyinməməli olduğunu hesab edir.

Yaxın vaxtlarda nömrənin dövriyyədən çıxarılması ilə bağlı kluba sorğu göndəriləcək. Hazırda Braziliya klubunda 10 nömrəli formanı venesuelalı yarımmüdafiəçi Eferson Soteldo geyinir.

Qeyd edək ki, Pele 1956-1974-cü illərdə "Santos"un şərəfini qoruyub və 6 dəfə Braziliya çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0