"Araz-Naxçıvan" evdə "Qarabağ"a uduzmayıb - STATİSTİKA
02.08.2024 - 12:49
"Araz-Naxçıvan" evdə "Qarabağ"a uduzmayıb - STATİSTİKA

Bu gün Misli Premyer Liqasında 2024-2025 mövsümünə start veriləcək.

Apasport.az Peşəkar Futbol Liqasına istinadən ilk turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki keçmiş oyunlarının balansını təqdim edir.

“Araz-Naxçıvan” - “Qarabağ”:

“Qarabağ” bütün matçlarda qol vurub, “Araz-Naxçıvan” isə bu günə qədər evdə “köhlən atlara” uduzmayıb. 

Komandalar arasındakı top fərqi: 11:15. 

“Neftçi” - “Turan Tovuz”:

“Neftçi” son 4 oyunda qol vurub və qələbə qazanıb. “Turan Tovuz” səfərdə “Neftçi”yə indiyə qədər qalib gələ bilməyib.

Komandalar arasındakı top fərqi: 13:7

“Sumqayıt” - “Kəpəz”:

“Sumqayıt” son 7 oyunda qol vurub. “Kəpəz” isə son 3 matçda rəqibinə uduzmayıb. 

Komandalar arasındakı top fərqi: 35:29  

“Sabah” - “Şamaxı”:

“Sabah” son 7 görüşdə qol vurub. “Bayquşlar” evdə bu komandaya sonuncu dəfə 2020-ci ilin oktyabrında uduzub.

Komandalar arasındakı top fərqi: 19:18

“Zirə” - “Səbail”:

“Səbail” son 5 oyunda qələbə qazanmayıb. “Zirə” son 7 ev matçında qol vurub.

Komandalar arasındakı top fərqi: 38:18


 

writer photo
Əlirza Əlirzalı
0