Bu gün Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda iki oyun keçirilib.
Apasport.az xəbər verir ki, günün ilk oyunu "Neftçi" və "Sumqayıt" komandaları arasında baş tutub. Favorit "Neftçi" rəqibi üzərində 87-76 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: "Neftçi" (Alfonso Styuart - 21 xal, 8 ribaund), "Sumqayıt" (Roderik Smit - 21 xal, 9 ribaund)
Günün ikinci oyununda çempionatın lideri "Xəzri", "Cəlilabad" klubu ilə qarşılaşıb. Paytaxt klubu bu oyunda çətinlik çəkmədən 86-69 hesablı rahat qələbə qazanıb. Bu kubokda "Xəzri" nin ardıcıl ikinci qələbəsi olub.
Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins- 20 xal, 9 ribaund), "Cəlilabad" (Zaur Paşayev - 21 xal, 6 asist)