Braziliya kubokunda 1/16 final mərhələsinin oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, “Braqantino” öz meydanında “Qoyas”ı qəbul edəcək.
Futbol eksperti Stanislav Roqaçov bu görüşlə bağlı proqnoz verib:
“Braqantino” səfərdəki ilk matçda 2:1 hesabı ilə qalib gəlib. “Öküzlər” cavab qarşılaşmasında da favorit sayılır. Baxmayaraq ki, komanda uzun müddətdir qələbə qazanmaqda çətinlik çəkir.
Libertadores kuboku və ümumiyyətlə qitəmiqyaslı turnirlərlə vidalaşdıqdan sonra “Braqantino”nun tamamilə daxili yarışlara konsentrasiya olmaq imkanı var. Braziliya kuboku da prioritet olacaq. Həm də “öküzlər” 7 oyunluq qələbəsizlik seriyasını qırmağa çalışacaq. “Qoyas”ın da səfərdəki oyunlarının zəif statistikasını nəzərə alsaq, bunun üçün münasib “müştəri”dir.
1/8 finala adlamaq üçün “Öküzlər”ə heç-heçə də kifayətdir. Amma hesab edirəm ki, meydan sahibləri qalib gəlmək üçün hər şey edəcək. Bu görüşdə üçdən çox qolun vurulacağına şübhə ilə yanaşıram.
Proqnozum: 1 və Alt3,5