“Yuventus” Paredes transferi üçün futbolçu satır
22.08.2022 - 00:00
“Yuventus” Paredes transferi üçün futbolçu satır

“Yuventus” PSJ-nin futbolçusu Leandro Paredesi transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi yarımmüdafiəçinin şəxsi müqaviləsini razılaşdırıb.

Lakin transferin reallaşması üçün İtaliya klubu yarımmüdafiəçilərindən birini satmalıdır. Çünki Paredes üçün 25 milyon avro ödənilməlidir. Bu vəsait üçün oyunçu satışı vacibdir.

Qeyd edək ki, Leandronun PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0