Messi rəqibini vurmağa cəhd etdi
17.11.2023 - 13:26
Messi rəqibini vurmağa cəhd etdi

Argentina və Uruqvay millilərinin oyununda xoşagəlməz hadisə yaşanıb.

Apasport.az xəbər verir ki, uzun illər “Barselona”da birlikdə oynayan Luis Suares və Lionel Messi arasında münaqişə baş verib.

Bu qarşılaşmada Suares ehtiyat oyunçular skamyasında qalıb, Messi 90 dəqiqə meydanda olub. Matçın gedişində Uruqvayın müdafiəçisi Matias Oliveyra və rəqib futbolçu Rodriqo De Paul arasında qarşıdurmaya Messi və Aleksis Mak Allister də müdaxilə edib. Onların məsələyə qarışması ilə insident daha da böyüyüb. De Paula dəstək olmaq üçün Oliveyraya tərəf addımlayan Messi rəqibinə dirsəyi ilə vurmağa cəhd edib. Komanda yoldaşını dəstəkləməyə gələn Messi aqressivliyi ilə diqqət çəkib.

Qeyd edək ki, son dünya çempionatının qızıl medallarını ölkəsinə gətirən Messinin komandası Uruqvaya 0:2 hesabı ilə uduzub. Bununla da Argentina ilk məğlubiyyətini alıb.
 

writer photo
Əlirza Əlirzalı
0