Beynəlxalq Cüdo Federasiyası Akademiyasının açılış mərasimi keçirilib
16.08.2024 - 20:20
Beynəlxalq Cüdo Federasiyası Akademiyasının açılış mərasimi keçirilib

Beynəlxalq Cüdo Federasiyası (İJF) Akademiyasının Azərbaycanda regional mərkəzinin açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının inzibati binasında təşkil olunan mərasimdə idman ictimaiyyətinin nümayəndələri, idmançılar, hakimlər, məşqçilər, Olimpiya və dünya çempionları, eləcə də Türkiyənin cüdo üzrə mütəxəssisləri və idmançıları iştirak ediblər.

Tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Rəşad Rəsullu, Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının direktoru Envin Qalia, gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.

Qeyd edək ki, tədbirdə Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucova da ekspert statusu verilib.

 

 

writer photo
Əlirza Əlirzalı
0