Millidən getdi
23.12.2022 - 15:41
Millidən getdi

Andre Onana Kamerun milli komandasındakı karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu qapıçının özü açıqlayıb.

Hazırda İtaliya “İnter”ində çıxış edən qolkiper bir daha yığma forması geyinməyəcəyini bildirib. Onun belə addımına Qətərdəki DÇ-2022-də yaşanan qalmaqal səbəb olub.

Qeyd edək ki, mundialın ilk turunun görüşündən sonra Onana millinin düşərgəsindən ayrılıb. Buna baş məşqçi Riqober Sonqla qapıçı arasında münaqişə səbəb olub.

writer photo
Əlirza Əlirzalı
0