“Mançester Yunayted” qapıçı axtarışında
15.05.2023 - 21:07
“Mançester Yunayted” qapıçı axtarışında

“Mançester Yunayted”in transfer siyahısında yer alan daha bir qapıçı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Qreqor Kobelin xidmətində maraqlıdır.

Dortmund “Borussiya”sının qolkiperi yayda Premyer Liqa təmsilçisinə keçə bilər. Əsas qapıçısı David de Xea ilə danışıqları davam etdirən mançesterlilər 25 yaşlı Kobeli də heyətində görmək istəyir.

Baş məşqçi Erik Ten Haq həm ispaniyalının qalmasını, həm də rəqabətin artmasını istəyir. Kobel onun planlarına uyğun qolkiperdir.

Qeyd edək ki, qapıçının “Borussiya” ilə anlaşması 2026-cı ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0