Azardan vida qərarı
08.05.2023 - 19:08
Azardan vida qərarı

Belçika millisinin və “Real”ın futbolçusu Eden Azar karyerasını bitirəcəyi vaxtla bağlı ilkin qərarını verib.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı vinger 2024-cü ilin yayında futbolla vidalaşmaq niyyətindədir.

O, “Real”la müqaviləsi bitdikdən sonra karyerasını bitirmək istəyir. ABŞ və Asiya klublarından təkliflər alan Azar Madridi tərk etmək fikrində deyil.

Qeyd edək ki, Eden 2019-cu ildə “Çelsi”dən “Real”a keçib.

writer photo
Əlirza Əlirzalı
0