93 ilin antirekordu
25.12.2023 - 12:54
93 ilin antirekordu

“Mançester Yunayted”də 93 il sonra antirekord yaşanıb.

Apasport.az xəbər verir ki, komanda bu mövsüm bütün turnirlərdə keçirdiyi 26 matçın 13-də məğlub olub. 

Mançesterlilər son beş oyunda isə bir qələbə qazanıb, üç məğlubiyyət alıb, bir görüş isə heç-heçə başa çatıb. Əvvəllər yalnız 1930/1931 mövsümündə daha çox məğlubiyyətə uğrayıb. Komanda həmin vaxt İngiltərə çempionatında sonuncu, 22-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, İngiltərə çempionatının cari mövsümünün 18 turundan sonra “Mançester Yunayted” 28 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb
 

writer photo
Əlirza Əlirzalı
0