Güləşçimiz Kazanda bürünc medal qazanıb
18.06.2024 - 17:11
Güləşçimiz Kazanda bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Ceyhun Allahverdiyev Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında uğurlu çıxış edib.

Bu barədə apasport.az-a Azərbaycan Gənclər və İdman Nazirliyindən məlumat verilib.

61 kiloqram çəki dərəcəsində yarışan 21 yaşlı güləşçi beynəlxalq multi-idman oyunlarında bürünc medal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0