Ten Haq sabiq klubuna qayıda bilər
30.04.2024 - 14:18
Ten Haq sabiq klubuna qayıda bilər

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq mövsümün sonunda klubu tərk edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Klub rəhbərliyi komandanın uğursuz çıxışına görə mütəxəssisi istefaya göndərə bilər.

Ten Haq sabiq klubu "Ayaks"a qayıda bilər. Amsterdam təmsilçisi mütəxəssisin xidmətində maraqlıdır.

Qeyd edək ki, "qırmızı şeytanlar" Premyer Liqada 34 turdan sonra 54 xalla 6-cı sıradadır.

writer photo
Əlirza Əlirzalı
0