FİFA “Barselona”ya kompensasiya ödəyəcək.
Apasport.az xəbər verir ki, Kataloniya klubu İspaniya millisində olduğu vaxt zədələnən Qavi üçün böyük məbləğdə vəsait alacaq.
Qavi AVRO-2024-ün seçmə mərhələsinin X turunun Gürcüstanla matçında xəsarət alıb. Klubların müdafiəsi proqramı çərçivəsində “Barselona”ya ödəniləcək vəsait zədədən 28 gün sonra hesablanmağa başlayacaq. Klub hər gün üçün 20 min 548 avro kompensasiya alacaq.
Qavi 6-8 ay meydanlardan kənar qala bilər. Dekabrın 16-dan hesablanacaq vəsait 3 milyon 82 min 200 avrodan 4 milyon 315 min 80 avroya qədər təşkil edəcək.
Qeyd edək ki, İspaniya Gürcüstana 3:1 hesabı ilə qalib gəlib.